Şrift:
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert
30.01.2018 [11:31] - Gənclik
“Gənclərə dəstək” layihəsi çərçivəsində yanvarın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında “Qış kaleydoskopu” adlı konsert proqramı təqdim edilib.

Gecədə respublika və beynəlxalq müsabiqələr laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri çıxış ediblər. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 30-dək konsert proqramı təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed