Şrift:
Mübarizli Vətən tamaşası Gədəbəy, Qazax və Ağstafada nümayiş olundu (Video)
21.06.2012 [13:00] - Mədəniyyət, davam TV
İyunun 18-dən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 18-19 iyun 2012-ci il tarixlərində Gədəbəy, Qazax və Ağstafa bölgələrində «Mübarizli Vətən» ədəbi-bədii kompozisiyası ilə çıxış edib. Əsər şairə Fəridə Ləmanın Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi «Təəssüb» poeması əsasında hazırlanıb.Teatr Qazaxda və Ağstafada əsəri nümayiş etdirib. Qeyd edək ki, kompozisiya müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun şəhid olmasının növbəti ildönümünə həsr olunub. Teatr Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin «Bura Vətəndir» məclisinin və Millət vəkili Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı partiyasının (MDHP) Güney Azərbaycan departamentinin sədri və sədr müvini Əlirza Amanbəylinin birgə layihəsi çəçivəsində tamaşanı nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı olan kompozisiyada əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev,Əlirza Amanbəyli və İlham Əsədov iştirak edirlər.xatırladaq ki,Mübrizli Vətən tamaşası MDHP sədr müvini Əlirza Amanbəylinin mülifi olduğu "Bu millət Yenilməz" mahnısı tamaşada xüsusi coşğu yaradıb. Nümayişlər iyunun 19-dək davam edib.
Tamaşanın Ağstafa şəhərindəki ifasının video görüntüsünü aşağıda izləyə bilərsiniz.

Buradan I hissəni İZLƏYİN...

Buradan II hissəni İZLƏYİN...

Buradan III hissəni İZLƏYİN...

Buradan IV hissəni İZLƏYİN...
Bu xəbər oxucular tərəfindən 2532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed