Şrift:
“Vikipediya”çılardan Kazım Qarabəkir Paşa ilə bağlı önəmli addım
31.01.2018 [10:40] - Xəbərlər, Türkün şanlı tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da Naxçıvanın azad edilməsində əvəzsiz rol oynayan general Kazım Qarabəkir Paşa məqaləsi yaradılıb.

Məqalədə Kazım Qarabəkir Paşanın Azərbaycan fəaliyyəti,xüsusilə Naxçıvanın daşnaklardan təmizlənməsində göstərdiyi böyük xidmətlər haqqında geniş məlumatlar verilib.

Qeyd edək ki, Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır. Türk Qurtuluş savaşını başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə “İstiqlal” medalı ilə təltif olunub.

My Webpage
Bu xəbər oxucular tərəfindən 8446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed