Şrift:
Əfv Komissiyası toplandı - 1000-ə yaxın müraciət daxil olub
31.01.2018 [10:46] - Gündəm, Hüquq
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub.
“İclasda isə müraciətlərlə bağlı ümumi müzakirə aparıldı”.

Toplantıda 100-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi də istisna deyil.
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed