Şrift:
Bitkoinin qiyməti yenidən 10 000 dollardan aşağı enib
31.01.2018 [11:03] - İqtisadiyyat
Qlobal bazarda bitkoinin qiyməti yenidən 10 000 dollar səviyyəsindən aşağı enib.
Bitkoinlə yanaşı, kriptovalyuta bazarında əksər valyutaların qiymətində azalma müşahidə olunub. Nəticədə, kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollardan aşağı enib.
Qeyd edək ki, bitkoin yanvarın 17-də 9 644 dollar səviyyəsinə geriləyərək 10 000 dollardan ucuz satılıb. Bitkoinin tarixi rekord qiyməti isə dekabrın 17-də 20 078 dollar səviyyəsində qeydə alınıb. Kriptovalyutaların ucuzlaşmasına səbəb yanvarın 26-da Yaponiyanın "Coincheck" birjasına haker hücumu olub. Belə ki, hakerlər 400 mln. dollarlıq NEM rəqəmsal valyutası oğurlayıblar.
Xatırladaq ki, NEM 6,6 mlrd. dollarlıq kapitallaşma ilə bazarda 10-cu sırada yer alır.
"Report"un analitik qrupu kriptovalyuta bazarında ucuzlaşmanın bir qədər də davam edəcəyini, bitkoinin qiymətinin 8 000 dollar səviyyəsinə qədər geriləyəcəyini proqnozlaşdırır.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed