Şrift:
Gəncədə silahlı insident olub, polis əməkdaşı yaralanıb
31.01.2018 [11:04] - Gündəm, Hadisə
Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed