Şrift:
AZAL Bakı-Təbriz marşrutu ilə uçuşlara başlayır
21.06.2012 [16:16] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
İyulun 3-dən etibarən «Azərbaycan Hava Yolları» şirkəti (AZAL) Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
AZAL-dan verilən məlumata görə, noyabrın 27-dək davam edəcək uçuşlar hər həftənin II və V günləri müvafiq olaraq saat 22:00-da və 01:15-də «ATR-42» tipli təyyarələrlə həyata keçiriləcək: «Sözügedən aviareysə biletlərin satışına artıq başlanılıb və hazırda hər iki istiqamətdə bir biletin minimal qiyməti 190 manat təşkil edir».
Qeyd edək ki, hazırda Təbriz-Bakı-Təbriz aviareysini İranın «Kish Air» aviaşirkəti də yerinə yetirir. Şirkət Bakıdan Təbrizə uçuşları hər həftənin VI günləri saat 14:15-də «Douglas» tipli avialaynerlə həyata keçirir. Hazırda «Kish Air» şirkətinin Bakı-Təbriz-Bakı aviareysinə biletin qiyməti 159 manata təşkil edir.

Xatırladaq ki, hazırda AZAL və «Iran Air» aviaşirkətləri Bakı-Tehran aviareysi üzrə də uçuşlar yerinə yetirir.
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed