Şrift:
Yunis Ağayanın edam edilməsi ilə bağlı nigaranlıq artıb
21.06.2012 [16:29] - Güney Azərbaycan xəbərləri
Edama məhkum edilmiş soydaşımız Yunis Ağayan Urmu zindanından naməlum bir yerə aparılıb.



Azərbaycan siyasi məhbusların müdafiə qurumunun yaydığı məlumata görə, məhbusun ailəsinin sözlərinə əsasən, Ağayan dünən zindanın ümumi bölümündən (bənd) naməlum yerə intiqal edilib.



Zindan məsulları məhbusun qardaşı Vəhid Ağayana bildiriblər ki, o, Mahabad zindanına köçürülüb. Lakin məhbusun qardaşı Mahabad zindanına müraciət etdiyi zaman bu xəbərin yalan olduğu məlum olub. məhbusun ailəsi, onu, edam hökmünü icra etmək üçün zindanın karantininə köçürülməsini düşünürlər və olduqca nigarandırlar.



Qeyd edək ki, Əhli-haqq təriqətinə mənsub olan azərbaycanlı Yunis Ağayan keçən illərdə Qoşaçayın Üçtəpə kəndində polislə kütləvi qarşıdurma zamanı yaxalanıb, sonra isə edama məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed