Şrift:
Azərbaycanın regionlarında gənc məcburi köçkünlərin bacarıqlarının gücləndirilməsi ilə bağlı layihə başa çatıb
01.02.2018 [11:03] - Gənclik
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətində iştirak üçün gənc məcburi köçkünlərin bacarıqlarının gücləndirilməsi” layihəsinin başa çatması ilə əlaqədar yanvarın 31-də tədbir keçirilib. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri iştirak ediblər.

Səfirlikdən verilən məlumata görə, 2017-ci ilin noyabr ayında başlanmış layihə kiçik icma layihələrində və teatr səhnələrində iştirak edən Tərtər, Bərdə və Ağdam rayonları üzrə 80-ə yaxın gənc məcburi köçkünü cəlb edib. Layihələr sosial məsələlər - narkotiklərdən istifadəyə qarşı və ətraf mühitin qorunması ilə bağlı ictimai məlumatlılığı, gənclərin peşə və həyat təcrübələrini artırmaqla bərabər, məcburi köçkünlərin istedadlarını nümayiş etdirib. Teatr səhnələri hər üç bölgə icmalarına müraciət edərək, cəmiyyətdə gender əsaslı zorakılıqların qarşısının alınması, cəmiyyətdə zorakılığın və ekstremizmin aradan qaldırılması və sülh quruculuğuna yönəlib.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed