Şrift:
İranın nüvə proqramına dəyişiklik edilir
01.02.2018 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ və Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) may ayınadək İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dəyişikliklər işləyib hazırlayacaq. Bunu ABŞ dövlət katibinin müavini Stiven Qoldsteyn bildirib.
Stiven Qoldsteyn artıq işçi qrupların yaradıldığını vurğulayıb: “İşçi qrupun ilk görüşü ötən həftə Londonda baş tutub. Biz sazişi daha əsaslı etməyə çalışacağıq. Bununla bağlı işlər mayın sonunadək yekunlaşmalıdır”.

Yanvarın əvvəlində ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, Vaşinqton İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir: “Biz uzun müddətə hesablanan sazişin tərəfdarıyıq. Əgər İran istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə etsə, ölkəyə qarşı bütün sanksiyalar dərhal bərpa olunmalıdır”.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed