Şrift:
Prezidentliyə namizəd İlham Əliyevdir - YAP-dan açıqlama
01.02.2018 [11:20] - Gündəm, Siyasət
"2018-ci il prezident seçkiləri ilidir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevdir".
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini icra katibi Əli Əhmədov deyib.
O qeyd edib ki, YAP üzvü olan gənclər dövlət başçısı İlham Əliyevin prezident seçkisində qələbə qazanmasına öz töhfələrini verəcəklər.

Ə.Əhmədov vurğulayıb ki, İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır: "Lakin gənclər seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərməlidirlər".
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed