Şrift:
Vahid Əhmədov: “Türkmənistan daha çox İran və Rusiya ilə bağlı dövlətdir”
21.06.2012 [22:10] - Sosial
Milli Məclisin fəaliyyət istiqamətində böyük önəm verilən məsələlərdən biri də beynəlxalq əməkdaşlıqdır. Bunun üçün ali qanunverici orqanın dünyanın 76 ölkəsinin parlamentlərarası əlaqələrlə bağlı işçi qrupları var ki, bu qruplara “dostluq qrupları” da deyilir.

Bəs, deputatlar təmsil olunduqları işçi qruplarının təyinatına uyğun olaraq qarşı ölkə ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirlər?

Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov açıqlamasında bildirib ki, bir vaxtlar iki ölkə arasında bəzi problemlər olub: “Daha sonra qarşı tərəfin prezidentinin dəyişməsi ilə bu əlaqələr normallaşdı:

“İndiki prezidentlə əlaqələrimizdə ciddi problemlər və gərginlik yoxdur. Mütəmadi olaraq seçkilərdə də iştirak etmişik. Dostluq qrupu olaraq müəyən əlaqələrimiz var. Mütəmadi olaraq işlər aparılır”.

Son günlər Xəzər dənizində baş verən problemə toxunan V.Əhmədov, bunun Türkmənistan tərəfindən qaynaqlandığını deyib:

“Yəqin ki, bu məsələ öz müsbət həllini tapacaq. Xəzərin bölgüsü ilə bağlı məsələ çox ciddidir.. Ümumiyyətlə, bu məsələ mütəmadi olaraq qaldırılır. Bu məsələ daha çox Türkmənistan, İran və Rusiya tərəfindən irəli sürülür. Hələ ki, Xəzərin statusu müəyyən olunmadığına görə, dibinin bölünməsində müəyyən problemlər var. Türkmənistan orada neft yatağının istismarında iştirak etmək istəyir. Bu o qədər də Azərbaycan üçün əhəmiyyətli deyil. Bunların bünövrəsində siyasi məsələlər durur. Türkmənistan daha çox İran və Rusiya ilə bağlı olan bir dövlətdir”.

Anar Kəlbiyev
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed