Şrift:
İordaniya KXDR ilə diplomatik münasibətləri kəsib
02.02.2018 [10:26] - Siyasət
İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib.
Bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb.
"KXDR ilə heç vaxt möhkəm olmayan diplomatik münasibətlərin kəsilməsi, İordaniyanın bu məsələ üzrə müttəfiqlərinin siyasətinə uyğundur", - deyə agentlik mənbənin bəyanatını sitat gətirib.
AFP-nin xəbərinə görə, İordaniya hökumətinin müvafiq qərarı cümə axşamı kral II Abdullanın fərmanı ilə təsdiq olunub.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed