Şrift:
Məhkumların ictimai iş görəcəyi yerlərin siyahısı və bu şəxslərin sayının müəyyən ediləcəyi müddət məlum olub
02.02.2018 [10:26] - Hüquq
Nazirlər Kabinetinin “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə görə, yerli icra hakimiyyəti orqanları ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısı və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərəcək.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed