Şrift:
Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
03.02.2018 [10:33] - Gündəm, Siyasət
Azərbaycan Milli Məclisinin (MM) Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları - Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

MM-in Mətbuat xidmətindən verilən məlumata görə, deputatlar Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed