Şrift:
Azərbaycanın futzal millisi Avropa çempionatında 1/4 finala yüksəlib
03.02.2018 [10:38] - İdman
Futzal üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən Avropa çempionatında vaxtından əvvəl 1/4 finala vəsiqəni təmin edib.

Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda buna D qrupunda ilk oyundaca Fransa komandası üzərində 5:3 hesablı qələbəsi ilə nail olub.

Əvvəlki oyunda İspaniya komandası ilə heç-heçə edən Fransa komandası Azərbaycan yığmasına uduzub. Millimiz 3 xal toplayıb. Komandamızın İspaniya ilə keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan yığması D qrupunun ikincisi kimi mərhələ adlayıb.

21:00. Avropa çempionatı

D qrupu

Azərbaycan - Fransa 5:3

Qollar: Thaqo, 2:26, 22:02, 23:30, Qalo 28:56, Eduardo, 37:09 // L. Nqala, 6:59, A. Mohammed, 20:05, S. Mouhoudine, 39:32

Azərbaycan 12. Rövşən Hüseynli (q), 5. Fineo de Araujo,6. Eduardo Borges, 13. Everton Kardoso "Qalo”, 3. Thaqo Telez "Bolinyo”,

1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio Da Silva

Fransa 1. Camel Haroun (q,k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 10. Abdessamad Mohammed, 20. Souheyl Mouhoudine,

12. Ba El Maarouf Kerroumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade

Baş məşqçi: Pierre Jacky
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed