Şrift:
Qazaxıstanın “Dədə Qorqud” Musiqi Festivalı başlayıb
22.06.2012 [12:20] - Türk dünyası-Turan
Qazaxıstanın paytaxtı Astanada ənənəvi “Dədə Qorqud” Musiqi Festivalına start verilib.

Festival Qazaxıstanın Mədəniyyət Nazirliyi və Astanadakı “Yunus Əmrə” Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Məlumata görə, Festivala Azərbaycan, Türkiyə, Qazaıxstan, Qırğızıstan, və Özbəkistandan 100-ə yaxın musiqiçi qatılıb. Məlumata görə, Festivalın təntənəli açılış mərasimindən sonra iştirakçılar arasında simli və nəfəsli musiqi alətlərində ifa üzrə müsabiqəyə başlanılıb.

Qeyd olunur ki, Festivalın qarşıdakı günlərində musiqinin müxtəlif janrlarında da oxşar yarışmalar keçiriləcək. Müsabiqələrdə qalib gələn musiqiçilər on min ABŞ (Amerika Birləşmiş Ştatları) dolları mükafat qazanacaq və Türkiyəyə səyahət bileti əldə esdəcəklər.
Bu xəbər oxucular tərəfindən 2273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed