Şrift:
Keçmiş prezidentlərlə bağlı qanun qüvvəyə mindi
22.06.2012 [12:23] - Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun (June) tarixli 376-IVKQ nömrəli Konstitusiya (Anayasa) qanununun tətbiqi barədə fərman verib.

Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, nəzərdə tutulmuş təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat formasının nümunəsini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli (mahiyyətli) aktların “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir. Nəqliyyat vasitəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrılacaq.
Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed