Şrift:
Güney Azərbaycanda bir ilkə imza atıldı – “Traxtur” görüşündə türkcə raport verildi
05.02.2018 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İdman xəbərçisi Muctaba Sai Güney Azərbaycanın idman sahəsində türk dili ilə bağlı bir ilkə imza atıb.

O Təbrizin “Traxtur” və Məşhədin “Pədidə” komandalarının keçirdiyi görüşü ilk dəfə olaraq Azərbaycan türkcəsində təqdim edib.

M.Sai türk dilində raport verdiyi videonu İnstaqram səhifəsində yayıb. Jurnalistin bu hərəkəti azərbaycanlı sosial şəbəkələr istifadəçiləri tərəfindən alqışlanıb.

İdman xəbərçisi ötən günlərdə İnstaqram səhifəsində Azərbaycan komandalarının keçirdiyi görüşlərin türk dilində raportu ilə bağlı icazə alındığını bildirmişdir.

“Traxtur”-“Pədidə” görüşü fevralın 2-də super liqa yarışlarının 22-ci həftəsi çərçivəsində Məşhəddə keçirilib, oyun 0:3 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşmışdır.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed