Şrift:
Azərbaycan prezidenti Qazaxıstana rəsmi səfərə yola düşüb
19.10.2011 [12:44] - Köşə yazarları
Azərbaycan prezidenti səfər çərçivəsində Türkdilli dövlət başçılarının sammitində iştirak edəcək.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstana rəsmi səfərə yola düşüb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Səfər çərçivəsində Azərbaycan prezidentinin qazaxıstanlı həmkarı Nursultan Nazarbayev və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanacaq.

Azərbaycan prezidenti səfər çərçivəsində Türkdilli dövlət başçılarının sammitində də iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed