Şrift:
Saakaşvilinin ev dustaqlığı müddəti başa çatıb
06.02.2018 [10:35] - Hüquq
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin gecə ev dustaqlığı və Kiyevdən çıxmağa qoyulan məhdudiyyət müddəti başa çatıb.
Bu barədə siyasətçinin vəkili Ruslan Çornoluski çərşənbə axşamı məlumat yayıb.
O hesab edir ki, hakimiyyət ölkədən çıxarmaq üçün bu şəkildə onun statusunu "təmizləyə" bilər.
Qərarda nəzərdə tutulan həbs qətimkan tədbirinin qüvvədə olma müddəti bitdikdən sonra Saakaşvilinin artıq heç bir məhdudiyyəti yoxdur. Lakin onun şübhəli şəxs qismində çağırış vərəqəsi almaq və istintaq hərəkətləri üçün çağırışa getmək kimi öhdəlikləri var.
Yanvarın 26-da Kiyevin Appelyasiya Məhkəməsi "Yeni qüvvələr hərəkatı" partiyasının lideri və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sutkanın yalnız gecə saatlarında ev dustaqlığına göndərmək barədə qərar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed