Şrift:
Mobil telefonların sağlamlıq üçün təhlükəsiz olması sübut edildi
06.02.2018 [10:54] - Sağlıq
Amerikalı alimlər mobil telefondan çıxan şüaların insan sağlamlığına təsirini araşdırıblar.

Onların məqsədi bu növ qurğulardan çıxan radiotezlik şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyə və bəyanatları təkzib, yaxud sübut etmək olub.

Mobil telefonlardan çıxan radiotezlik şüalanma rentgen zamanı çıxan ionlaşan şüalanma ilə müqayisədə daha təhlükəsizdir. İonlaşan şüalanma dezoksiribinuklein turşusunun zədələnməsinə səbəb ola bilər ki, bu da nəticədə insanda xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər. Alimlər sübut ediblər ki, mobil telefonlardan çıxan radiotezlik şüalanma tamamilə başqa cür işləyir.

Onlar 2 il ərzində hər gün siçovulları 9 saat müddətində “2G” və “3G” şəbəkələrindən çıxan radiotezlik şüalanmaya məruz qoyublar. Şüalanmaya məruz qalmış erkək gəmiricilərin ürəyində kiçik şişlər yaranıb, amma əks-cins tamamilə sağlam qalıb. İkinci sınaq zamanı hər iki cinsdə heç bir sapma qeydə alınmayıb. Bundan başqa, şüalanmaya məruz qalan siçovullar sınaqda iştirak etməyən siçovullardan daha uzun müddət yaşayıblar. Lakin alimlər bunun təsadüf olmasını da istisna etmirlər.

Alimlərin sözlərinə görə, istifadəçilərin əksəriyyəti sınaqda iştirak etmiş siçovullarla müqayisədə radiotezlik şüalanmaya daha az məruz qalırlar.

Amerika Onkologiya Cəmiyyətinin əsas tibbi əməkdaşı Otis Brauli bildirib ki, mobil telefondan istifadə və insanda xərçəng xəstəliyinin inkişafı arasında əlaqə ilə bağlı heç bir sübut yoxdur
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed