Şrift:
İran rejimi Urmiyə Universitetini Ermənistanla elmi sahədə əməkdaşlıq üçün koordinasiya mərkəzi seçib
06.02.2018 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran-Ermənistan əlaqələrinin inkişafı uğrunda daha bir addım atılıb. Rejim Ermənistanla əlaqələrdə məqsədyönlü şəkildə Azərbaycanın rəsmi vı qeyri-rəsmi orqanlarından istifadə etməyə çalışır.

Məlumata görə, İranda bu ölkə ilə Ermənistanın Elm, Araşdırma və Texnologiya Birgə Komissiyasının ilk iclası keçirilib.

İran Elm. Araşdırma və Texnologiya Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Hüseyin Salar Amoli iki ölkə arasında elmi əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa töhfə verəcəyini bildirib.

Hüseyn Salar Amoli İran və Ermənistan arasında elmi əməkdaşlıqla bağlı "yol xəritəsi"nin hazırlanması üçün Urmiyə Universitetinin elmi əməkdaşlıq koordinasiya mərkəzi olaraq müəyyən edildiyini açıqlayıb.

Erməni heyətinə başçılıq edən Ermənistan elm və təhsil nazirinin müavini Vahram Mekerdiçyan isə ölkəsinin "Baloniya prosesi"nə qatılmaq üzrə olduğunu və parlamentdə universitetlərin müstəqilliyini artıracaq yeni qanun layihələri qanun ediləcəyini nəzərə çatdırıb.

İclasda Urmiyə, Şərif və Təbatəbayi universitetlərinin nümayəndələri, həmçinin Öyrəncilərin İşləri üzrə Təşkilatın nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, güney azərbaycanlılar Azərbaycan Respublikanının 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistanla İranın istənilən sahədə əlaqəsinə qarşı çıxır, bu barədə öz etirazlarını müxtəlif formalarda dəfələrlə dilə gətiriblər. İran rejimi isə işğalçı ölkəyə yardım göstərməklə Azərbaycan Respublikasını təzyiq altında saxlamaq istəyir. Bu vəziyyət uzun illərdir dəyişmir, iki ölkənin əlaqələri müxtəlif safələrdə yüksələn xətt üzrə inkişaf edir.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed