Şrift:
Urmiyədə azərbaycanlı milli-mədəni fəal saxlanılıb
06.02.2018 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə sakini, azərbaycanlı milli-mədəni fəal Süheyl Dəiri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

Hələlik onun harada saxlandığı barədə heç bir məlumat yoxdur.

Azərbaycanlı fəalın Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalandığı və bu idarənin təcridxanasında saxlandığı ehtimal olunur.

S.Dəirinin nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, bəzi mənbələr onun Azərbaycanın demoktarik və mədəni hüquqları uğrunda apardığı fəaliyyətlərə görə saxlandığını düşünür.

Bu haqda yeni məlumat əldə olununca diqqətinizə çatdılrılacaq.

N.S
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed