Şrift:
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb
07.02.2018 [10:20] - Xəbərlər, Hadisə
Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.

Bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed