Şrift:
Urmiyə Məhkəməsi Soheyl Dəirinin müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb
07.02.2018 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəalın müvəqqəti azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.

Hazırda məhkəmə prosesinin davam etdiyi bildirilən fəalın müvəqqəti sərbəst buraxılması üçün 150 milyon tümən dəyərində mülki vəsiqə təyin olunub.

Fəal fevralın 5-də təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanılıb. O bir çox milli-mədəni fəal kimi sistemin əleyhinə təbliğ etməkdə ittiham olunub.

Azərbaycanlı fəalın yaxınları bildirir ki, o sosial şəbəkələrdəki mədəni fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən təqib edilib və nəhayət fevralın 6-da saxlanılıb.

İranda rejimin ideologiyası istiqamətində olmayan bütün mədəni fəaliyyətlər yazılmamış qanunlarla qadağandır. Bu səbəbdən vaxtaşırı bir çox fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarılır.

N.S
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed