Şrift:
Türkiyə Təhlükəsizlik Şurası “Zeytun budağı” əməliyyatına görə toplandı
07.02.2018 [11:08] - Gündəm, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Beştəpə sarayında Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda əsasən Afrində aparılan “Zeytun budağı” əməliyyatı müzakirə edilib və milli təhlükəsizliyi təhdid edən ünsürlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iclasa Baş nazir Binəli Yıldırım, Baş Qərargah rəisi Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Nurəddin Canikli və digər dövlət rəsmiləri qatılıb.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed