Şrift:
Azərbaycan ordusunun raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib
08.02.2018 [10:18] - Xəbərlər, Hərb
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib.
Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed