Şrift:
Soheyl Dəiri mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb
08.02.2018 [11:04] - Güney Azərbaycan xəbərləri
Urmiyə İnqilab Məhkəməsi tərəfindən müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə təyin edilən fəal artıq sərbəst buraxılıb.

Soheyl Dəiri, yaxınları 150 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra azad edilib.

Fəal fevralın 5-də təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanılıb.

S.Dəiri bir çox milli-mədəni fəal kimi sistemin əleyhinə təbliğ etməkdə ittiham olunub. Bundan öncə onun sosial şəbəkələrdəki mədəni fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı barədə xəbər yayılmışdır.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed