Şrift:
Gürcüstanda yaşayan soydaşlarımıza yeni traktorlar hədiyyə edilib
09.02.2018 [11:16] - Borçalı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda kənd təsərrüfatının inkişafına dəstək məqsədilə rayon rəhbərliyinə 4 ədəd yeni traktor hədiyyə edib.

Marneuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yerli ictimaiyyət nümayəndələri Azərbaycan dövlətinin bu addımını yüksək qiymətləndirir və minnətdarlıq edirlər. Bildirilib ki, yeni traktorlar bölgədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed