Şrift:
Türk әmәkdaşlıq qurumları TÜRKPA Katibliyindә bir araya gәlib
09.02.2018 [11:23] - Xəbərlər, Türk dünyası-Turan
Fevralın 8-də Bakıda TÜRKPA Katibliyində TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və Miras Fondu və Türk Akademiyasının IV Koordinasiya iclası keçirilib.

TÜRKPA Katibliyindən verilən xəbərə görə, iclasda Türk Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və Miras Fondunun prezidenti Günay Əfəndiyeva və Türk Akademiyası daimi katibi Asxat Kessikbayev iştirak edib.

Baş katib Altınbek Mamayusupov iclasın moderatoru kimi iştirakçıları TÜRKPA-nın 2017-ci il fəaliyyətləri, eləcə də 2018-ci il üçün qarşıdan gələn planlar və layihələr barədə məlumatlandırıb.

Türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz son fəaliyyətləri barədə məlumat təqdim edib və Katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi barədə razılığa gəlib.

Həmçinin tərəflər TÜRKPA-nın 10-cu ildönümü, TÜRKSOY-un 25-ci ildönümü, ADR-in 100-cü ildönümü və Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümü daxil olmaqla, mühüm tədbirlərin birgə qeyd olunması kimi məsələlər barəsində razılığa gəlib.

Növbəti V Koordinasiya İclasının 2018-ci ildə Türk Mədəniyyət və Miras Fondunun ev sahibliyində Bakıda keçirilməsi qərara alınıb
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed