Şrift:
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıb
10.02.2018 [11:14] - Xəbərlər, Sosial
Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşları artırılıb. Artım xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərə şamil edilib.

Bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, əməkhaqqı artımı 4 faiz təşkil edib. Yəni, bunadək 125 manat alan sözügedən vəzifə sahibləri yanvarın 1-dən etibarən 130 manat alacaqlar.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed