Şrift:
Hərbi vətənpərvərliyə görə medal təsis olunur
12.02.2018 [10:42] - Gündəm, Hərb
Milli Məclisə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunması ilə bağlı layihə daxil olub.

Layihəyə əsasən medal ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında göstərdiyi xidmətə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed