Şrift:
Tehranın basketbol stadionunda “Yaşa Azərbaycan” sədası
12.02.2018 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 10-da Tehranın “Mehram” basketbol komandası Təbrizin “Şəhrdari” takımını Azadi stadionunda qəbul edib, oyun zamanı Azərbaycan komandasının tərəfdarları stadionda xüsusi aktivlik göstərib.

Super liqa yarışlarının final mərhələsində keçirilən görüş 86:95 hesabı ilə Azərbaycan komandasının xeyirinə sona çatıb. Görüşə qədər “Mehram” komandası 3 qarşılaşmadan 2-də qalib gəldiyi üçün bu görüşdə yenidən qalib gəlsəydi super liqanın çempionu olacaq idi. Lakin “Şəhrdari” komandası oyunun qalibi olduğu üçün, çempion fevralın 13-də Təbrizdə keçiriləcək növbəti oyunda müəyyənləşəcək.

Məlumata görə, görüşdə “Şəhrdari”nin azərbaycanlı tərəfdarları oyun zamanı xüsusi aktivlik göstəriblər. Onlar “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” sədaları ilə stadionu lərzəyə gətirib və doğma komandanı qələbəyə ruhlandırıblar.

Bu arada Güney Azərbaycanın Üskü şəhərində kəndlərin komandaları arasında keçirilən idman yarışlarında çoxlu milli şüarların səsləndirildiyi bildirilir.

Aşağıdakı videoda göründüyü kimi, Günbər- Aşistan komandalarının görüşü zamanı “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed