Şrift:
Ərdəbildə qarşıdakı ilin türkcə təqvimi yayılıb
12.02.2018 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü (21 Fevral) ərəfəsində türk dilində təqvim yayıblar.

1397-ci ilin (hicri-şəmsi tarixi ilə) təqvimi fevralın 11-də Ərdəbildə yayılıb. Üzərində “Ana dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı yazılmış təqvimdə ayların adı türkcə yazılıb.

Təqvimin üzərində bu cümlələr də qeyd olunub:
“Tərəqqi etməyə çalışan millət, üş pilləni çıxmalıdır: 1- Mədəni pillə 2- Siyasi pillə 3- İqtisadi pillə. Demək ki, mədəni tərəqqi, siyasi və iqtisadi tərəqqiyə yol açır.
Öz kimliyini düşünə bilməyən üç varlıqdan məhrum olur: 1- Düşüncə 2- Mənlik 3- Cəsarət.”

Azərbaycanlı fəallar bununla Beynəlxalq Ana Dili Gününü qeyd edərək 30 milyondan çox Azərbaycan türkünün ana dilində təhsil hüququnu tələb edib, ölkədə ayrı-seçkilik siyasətinə son qoyulmasını istəyiblər.
Ərdəbildə qarşıdakı ilin türkcə təqvimi yayılıb
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed