Şrift:
ABŞ-la Türkiyə arasında İLK RAZILAŞMA: Strateji müttəfiqlik saxlanılır – GÖRÜŞ
12.02.2018 [10:52] - Gündəm, Siyasət
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri general-leytenant H.R.Mcmaster ilə görüşüb. Görüşdə Strateji tərəfdaşlıq vurğusu qeyd edilib.
İstanbulda keçirilən görüşdə Türkiyə və ABŞ-ın uzunmüddətli strateji tərəfdaşlıq münasibətləri təsdiq edilib və iki ölkənin prioritet və həssasiyyələri müzakirə olunub.
Görüşdə həmçinin, ənənəvi müttəfiq olan Türkiyə və ABŞ arasındakı əlaqələr, ortaq strateji məsələlər və regional proseslər haqqında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, ikitərəfli münasibətlərə mənfi təsir göstərən məsələlərin ətraflı şəkildə müzakirə olunduğu və terrorizmin hər növü ilə birgə mübarizənin inkişaf etdirilməsinin yollarının araşdırıldığı qeyd edilib.

ABŞ-ın dövlət katibi Reks Tillerson da bu günlərdə Türkiyəyə gələcək. Səfər zamanı Reks Tillerson Suriyanın Afrin bölgəsindəki vəziyyəti Türkiyə rəsmiləri ilə müzakirə edəcək. Dövlət Departamentinin nümayəndəsi mediaya açıqlamasında bildirib ki, Ankarada ikitərəfli münasibətlər, regionda, o cümlədən Afrindəki vəziyyəti müzakirə edəcək.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed