Şrift:
Azərbaycanda böyük ensiklopedik sayt yaradılır
23.06.2012 [14:52] - Gənclik
"2011-2015-ci illər Dövlət Gənclər Proqramı" çərçivəsində Azərbaycanda Böyük Ensiklopedik Sayt yaradılır.

Məlumata görə, bu, Azərbaycanda tək və böyük ensiklopedik sayt olacaq. Saytda yeddi bölmə olacaq və iki dildə (Azərbaycan və ingilis) fəaliyyət göstərəcək.

Layihənin yaranmasında minlərlə gəncin fikri alınıb. YAP Gənclər Birliyinin dəstəyi ilə sayt iyun ayının 30-u istifadəyə veriləcək. Layihənin rəhbəri Jalə Orucova bunları deyib: “Bu sayt vasitəsilə gənclər istədikləri məlumatları azərbaycanca əldə edə biləcəklər. Saytda incəsənətimizlə, mədəniyyətimizlə, tariximizlə bağlı çox nadir faktlar yerləşdiriləcək. Saytın Azərbaycan gəncliyinə böyük faydası olacaq”.
Sayt azens.az adını daşıyır. Bu Azərbaycan Ensiklopediyası sözlərinin birləşməsidir.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed