Şrift:
Yenilməz millət olmaq üçün nə etməliyik?
12.02.2018 [10:53] - Xəbərlər, DAVAMın yazıları
Avropa Şurası Parlament Assambleyasının son toplantısında Azərbaycanınmillət vəkili Səməd Seyidovun sualına Ermənistan Respublikasının prezidenti şərəfsiz Sərkisyanın verdiyi sərsəm (lakin dünyanı inandırmağa çalışılan) cavab onu göstərdi ki, biz dünyaya hələ də haqq səsimizi yetərincə və lazımınca yetirə bilməmişik. Təbiiki, çox vaxt dünyabizimhaqqişimizə gözdəyumur, haqq səsimizəqulaqdabağlayır. Ammayenədəbizözbildiyimizietməliyik, yolumuzdan qətiyyən dönməməliyik. Çünkibiziməbədi olaraq ermənikimitarixidüşmənlərimizvar.

Mən bu yolun bəzi detalları üzərində dayanmaq istərdim…

Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ciilQərarı ilə“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi ilə bağlı tələblər müəyyən edilib. Yəni universitetlərimizin bir çoxu bu statusun bir addımlığındadır.

Çoxgözəl!

Bu da bizim üçün mükəmməl bir fürsət olmalıdır. Bu status üçün qoyulan tələblər əsasən fundamental və eksperimental elm sahələri üçün müəyyən edilsə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları ilə yanaşı, universitetlərdə də əsasən tarix, arxeologiya və etnoqrafiya, dil-ədəbiyyat, hüquq, plitologiya, sosiologiya, fəlsəfə, folklor, cağrafiya, genetika, musiqi, klinariya (fundamental elm sahələrinin mütəxəssisləri də istisna deyil) ixtisasları üzrə tədqiqatlar aparan alim və mütəxəssislərimiz bu sahədə qədim mənbələrdən, arxivlərdənəsaslı məlumatlar toplamalı, tutarlı faktlar ortaya qoymalıdırlar. Həmçinin dünya alimlərini öz tədqiqat mövzuları ətrafında beynəlxalq kollaborasiya şəraitində birgə qrant layihələri üzərində işləməyə dəvət etməlidirlər. Bir sözlə bu bizim ən başlıca elmi istiqamətimiz olmalıdır.

Hamımıza bəllidir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi gəlir. Bu tarixi hadisəyə isə ən böyük qiymət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gəldi. Belə ki, Prezidentin sərəncamı ilə 2018-ci ilin “Cümhuriyyət ili” elan edildi. Bu tarixi sərəncamdanda hərtərəfli yararlanmalıyıq. Artıq elmdə də düşmənə qarşı hücum taktikasına keçməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə Rusiya tərəfindən işğal edilməsi və SSRİ adlı “qırmızı imperiyada” Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, böyük torpaq itkilərindən, milli-mənəvi dəyərlərdən uzaq salınmağımızdan, genefondumuzun məhv edilməsindən, tarixi-coğrafi toponimlərimizin adlarının dəyişdirilməsindən bəhs edən sahələr müəyyənləşdirilməlidir. AMEA-nın və universitetlərin fəlsəfə doktorluğu və elmlər doktoruğu proqramları üzrə kadr hazırlığında mövzulara yenidən baxılsın. Qeyd etdiyim kimi, çeynənilmiş, illərlə təkrar-təkrar tədqiqata verilən ənənəvi mövzuları kənara ataraq, yuxarıda qeyd etdiyim ixtisaslar üzrə konkret mövzular müəyyənləşdirilməli və aktiv tədqiatlara başlanılmalıdır. Mütəxəssislər qarşısında xarici dil bilikləri əsas şərt kimi qoyulmamalıdır. Onların xarici dil öyrənmələrinə geniş şərait yaradılmalı və sonda imtahan formasında mənimsənilmə qiymətləndirilməlidir. Elmi-tədqiat aparan hər bir mütəxəssisi ən azı ildə bir dəfə beynəlxalq konfranslara göndərməli, məşhur elmi mərkəzlərə, böyük kitabxanalara, arxivlərə ezam etməli və orada dünyanın məşhur alim və mütəxəssisləri ilə əlaqə yaratmalarına köməklik göstərilməlidir…

Bu gün düşmən Ermənistanda bizim sərhəd rayonlarımıza, kəndlərimizə qarşı gizli və ya açıq formada ərazi iddiaları vardır və özləri üçün həmin ərazilərin xəritələrini hazırlayaraq xəritə üzərindəki yer adlarını isə erməni mənşəli adlarla adlandırmışdırlar.

Bəs bu işlərə qarşı biz nə etməliyik?

Bunun üçün tarixi itkimiz olan, milli dərd yerimizə çevrilmiş İrəvana, Göyçəyə, Zəngəzura, Dilicana qayıdış üçün konsepsiyalar müəyyən edilməli, faktlar əsasında Borçalının, Dərbəndin tarixi Azərbaycan torpaqları olduğunu, bu ərazilərin aborigen əhalisinin isə Gürcüstan və Rusiya dövlətinə sadiq Azərbaycan türkləri olduğunu çəkinmədən deməyi bacarmalıyıq. Həmçinin Azərbaycanın 1813 və 1828-ci illərdə iki hissəyə – Quzey və Güneyə bölünməsini də faktlarla dünyaya bəyan etməliyik… Hətta biz elmi əsaslarla bunu da isbat etməliyik ki, Kərkükdə, Mosulda, Ərbildə, Süleynaiyədə yaşayan türkmanlar mənşəcə Azərbaycan türklərindəndir və yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları tərəfindən bu ərazilərdə türkmanların daha da möhkəmlənməsi üçün eyniadlı tayfalardan buraya köçürmələr olmuşdur…

Azərbaycandan kənar Azərbaycan diasporasının və lobbi təşkilatlarımızın fəaliyyətində bəzi irəliləyişlər olsa da təbliğatlarında mövcud olan bəzi ənənəvi üsullar dəyişilməlidir. Biz bu gün bir şeyi anlamalıyıq ki, artıq dünyanın inkişaf etmiş cəmiyyətləri baş vermiş qanlı faciələri küçələrdə, kinoteatrlarda, konfrans zallarında qanlı videogorüntülərlə, dəhşətli fotolarla görmək istəmir. Onlar daha çox təfəkkürə, düşünməyə, duyğulanmağa önəm verirlər. Bu yöndə ölkədə və xaricdə təbliğat işlərini apara biləcək institutlaşmış beyin mərkəzlərimiz olmalıdır. Həmin mərkəzlərdə Azərbaycanın tolerant və multikultural dəyərlərə sahib ölkə kimi mədəniyyəti, tarixi, etnoqrafiyası, sənətkarlığı, təbiətinin flora-faunası, genefondu, coğrafiyası, folkloru, mətbəxi ilə bağlı düşündürücü, motivasiya yaradıcı təqdimatlar, filmlər, videoçarxlar, fotolar hazırlanmalıdır. Burada isə Azərbaycanın turizm potensialından geniş formada istifadə olunmalıdır. Həmin o təbliğat materiallarının içərisində də əlimizdən zorla alınaraq ermənilərə verilən Göyçəmizdən, Zəngəzurmuzdan, Şərur-Dərələyazmızdan, ermənilər tərəfindən işğal edilən Qarabağımzdan da təsiredici məlumatlar və görüntülər verməliyik ki, o cəiyyətlərin üzvləri fərd olaraq sonda xalqımızın başına gətirilən müsibətləri özləri araşdırsın, özləri bunu öyrənsinlər.

Təbii ki, bunlar bir insanın ağlına gələ bilən düşüncələrin bir hissəsidir. Bunun üçün birlikdə düşnməliyik… Tarixin çox da keçmişində baş verməyən erməni vəhşiliklərini ifşa edən bu cür təbliğatlar aparmasaq, itkilərimizin miqyası daha böyük olacaq. Bu yöndə mütləq və mütləq bütün imkanlarımızı və potensiallarımızı birləşdirməliyik.

Elmimiz, təhsilimiz, mədəniyyətimiz, milli kimliyimizlə qloballaşmaya töhfə verdiyimiz kimi də özümüzü qloballaşmanın sərtliklərindən qorumalıyıq…

Qloballaşma isə bizi bizim kimi gözləməyəcək qədər amansızdır…
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed