Şrift:
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları start götürəcək
13.02.2018 [10:14] - Gündəm, İdman
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları start götürəcək.
İlk oyun günündə biri İsveçrədə, digəri İtaliyada olmaqla iki matç baş tutacaq.
Turnirin favoritlərindən sayılan “Mançester Siti” səfərdə “Bazel”lə qarşılaşacaq. İngiltərə Premyer Liqasının lideri olan qonaqlar cütün taleyini elə ilk görüşdə həll etmək niyyətindədir. Milli çempionatda 2-ci sırada yer alan meydan sahibləri isə sürpriz etmək arzusundadırlar.
“Bazel”in heyətində iki itki var. Cermano Vaylati və Luka Zuffi zədə üzündə ingilislərlə görüşü buraxacaqlar. “Mançester Siti”də isə anoloji səbəbdən Benjamen Mendi, Leroy Sane, Qabriel Xesus və Fabian Delfin xidmətindən məhrum olub. David Silvanın oynayıb-oynamayacağı isə dəqiqləşməyib.
Gecənin ikinci matçı Turində keçiriləcək. Turnirin son finalçısı “Yuventus” İngiltərə təmsilçisi “Tottenhem”i qəbul edəcək. “Qoca sinyora” hazırda A seriyasında ikinci pillədə qərarlaşdıqları halda, yaxşı formada olan London komandası Premyer Liqada 4-cü yerdədir.
“Tottenhem” düşərgəsində itki olmadığı halda, “Yuventus”un heyətində Xuan Kuadrado, Blez Matyuidi və Paolo Dibala zədə üzündən meydana çıxa bilməyəcək. Andrea Bardzalyinin durumu isə sual altındadır.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral

23:45. “Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Yunas Eriksson (İsveç)
23:45. “Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Feliks Brıx (Almaniya)
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed