Şrift:
“Qalatasaray” klubu Türkiyə Super Liqasında turnir cədvəlinin birinci pilləsinə yüksəlib
13.02.2018 [10:19] - İdman
Fevralın 12-də futbol üzrə Türkiyə Super Liqasının XXI turu çərçivəsində çempionluq uğrunda növbəti maraqlı oyun keçirilib.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Qalatasaray” doğma meydanda “Antalyaspor”u qəbul edib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qalatasaray” çempionatın lideri “Başakşehir”i bir xal qabaqlayaraq 44 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Fatih Terimin baş məşqçisi olduğu komandanın heyətində oyunun 14-cü və 20-ci dəqiqələrində Bafetimbi Qomis dubla imza atıb. 38-ci dəqiqədə Sofiane Fequli hesab arasındakı fərqi üçə çatdırıb – 3:0.

Qeyd edək ki, ötən gün turun mərkəzi görüşündə çempionatda dördüncü sırada qərarlaşan “Fənərbaxça” komandası Super Liqanın lideri “Başakşehir”dən 2:0 hesabı ilə üstün olaraq üçüncü sıraya yüksəlib.

Hazırda hesabında 44 xal olan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Başakşehir” 43 xalla ikinci, “Fənərbaxça” 41 xalla üçüncü yeri tutur. “Beşiktaş” 40 xalla dördüncü, “Kayserispor” isə 35 xalla beşinci pillədədir.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed