Şrift:
Tramp ABŞ-ın ƏN BÖYÜK SƏHVİNİ etiraf etdi: ''7 trilyon xərclədik, amma...''
13.02.2018 [10:22] - Siyasət
ABŞ prezidenti Donald Tramp ölkəsinin bu günə qədər Orta Şərqdə 7 trilyon dollar xərclədiyini və bu qədər məbləğin heç bir işə yaramadığını etiraf edib.

Ağ Evdə 2019-cu il büdcəsi ilə bağlı açıqlamalar verən prezident “bu, bir səhvdir, amma vəziyyət budur” ifadəsini işlədib: “Bir neçə ay öncəki son hesablamalara görə, Orta Şərqdə 7 trilyon dollar xərcləmişik. 7 trilyon dollar. Bu böyük bir xətadır, amma vəziyyət budur. Və bu gün Orta Şərq 17 il öncəkindən də pis vəziyyətdədir. Çox kədərlidir”.

Prezident seçilmədən öncə ABŞ-ın İraqı işğal etməsini böyük bir səhv kimi dəyərləndirən Tramp ölkəsinin Orta Şərqə hərbi müdaxilə etməsinin doğru olmadığından şikayətlənirdi. Ancaq vəzifəyə gəldikdən sonra ABŞ-ın İraq və Suriyadakı əməliyyatları ilə bağlı səlahiyyətlərini Pentaqona verən D.Tramp, xüsusilə, Suriyaya daha çox hərbi güc göndərməkdə qınanır.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed