Şrift:
“Traxtur” Omanda “Əhəhli”yə uduzdu
13.02.2018 [13:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Asiya Çempionlar Liqası çərçivəsində keçirilən A qrupunun birinci görüşündə Səudiyyə Ərəbistanının “Ələhli” komandasını Omanın paytaxtı Məsqət şəhərində qəbul edib.

Fevralın 12-i saat 19:00-da Əlsib stadionunda keçirilən görüşün ev sahibi “Traxtur” sayılır.

Oyunun birinci hissəsində heç bir komanda tərəfindən qol vurulmasa da, 68-ci dəqiqədə “Ələhli”nin oyunçusu Məhənd Əhməd bir qol vuraraq hesabı açıb. Bundan sonra rəqib komandaların bütün cəhdlərinə baxmayaraq hesab oyunun sonunadək dəyişməyib. Bununla da oyun 0:1 hesabı ilə “Ələhli”nin xeyirinə yekunlaşıb.

Bu görüş Ərtoğrul Sağlam “Traxtur”u çalışdırdıqdan sonra komanda üçün birinci məğlubiyyət sayılır. Bundan öncə “Traxtur” Ə.Sağlamın baş məşqçiliyində keçirilən 3 oyunda məğlub olmamışdır.

“Traxtur”-“Ələhli” görüşü İranla Səudiyyə Ərəbistanı arasında olan siyasi gərginlikdən dolayı üçüncü ölkədə keçirilib.

N.S
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed