Şrift:
Tehranda və digər şəhərlərdə molla rejiminə qarşı kütləvi etirazlar keçirilib
13.02.2018 [14:02] - Güney Azərbaycan xəbərləri
Fevralın 11-i axşam saatlarında paytaxt Tehranda və İranın bir sıra digər şəhərlərində molla rejiminə qarşı kütləvi etirazlar keçirilib.

İslam inqilabının 40-cı ildönümünə (22 Bəhmən) təsadüf edən aksiyalarda, dinc etirazçılar İranın dini lideri, axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. Tehranın “Vəliyi-əsr” küçəsində və “Şəhər teatrı” qarşısında toplaşan minlərlə aksiyaçı, “Diktatora ölüm” və “İstiqlal, azadlıq, İran Respublikası” şüarları səsləndirərək, ölkədə molla rejiminə son qoyulmasını tələb ediblər.

Əhvaz şəhərinin “Şühəda” meydanında toplaşan minlərlə etirazçı isə “Diktatora ölüm” şüarı səsləndirərkən motosikletçi polis qüvvələrinin hücumuna məruz qalıblar. Hazırda həmin meydanın rejim qüvvələri tərəfindən nəzarətə götürüldüyü bildirilir.

Etirazlar, İsfahan şəhərində də keçirilib və rejimin motosikletçi qüvvələri “Diktatora ölüm” şüarı səsləndirən dinc aksiyaçıları dağıtdıqdan sonra şəhərin əsas küçə və meydanlarını nəzarətə götürüblər. Hər üç şəhərdə onlarla etirazçının tutulduğu bildirilir.

Həmçinin, fevralın 9-da, islam inqilabının ildönümü münasibətilə Kürdüstan əyalətinin Banə şəhərinin müxtəlif məkanlarında asılan İran bayraqları, gecə saatlarında bir neçə gənc etirazçı tərəfindən yandırılıb. Etirazların pərakəndə şəkildə digər şəhərlərdə də davam etdirildiyi bildirilir.

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb.

Hazırda ölkənin iri şəhərlərində elan olunmamış
fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.



Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed