Şrift:
Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti Sumqayıt ədibləri ilə görüşüb
13.02.2018 [14:07] - Türk dünyası-Turan
Sumqayıt Poeziya Evində Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə şəhərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin görüşü olub.

Sumqayıt Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı qonaqları salamlayaraq türk ədəbiyyatından, əsrlərə dayanan Türkiyə-Azərbaycan dostluğundan söz açıb.

Tədbirdə aşıqların ifası dinlənilib, Serhat Kabaklının İbrahim İlyaslı tərəfindən tərcümə edilən “Bil oğlum” adlı kitabı təqdim olunub.

Qeyd edək ki, Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ölkəmizə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın dəvəti ilə gəlib.
Bu xəbər oxucular tərəfindən 9 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed