Şrift:
Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilib
23.06.2012 [17:33] - Sosial
Uşaqlar, yeniyetmələr, gənclər və əsgərlər arasında vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən iki ayrı layihə -Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyası hazırlanıb.

Davam.az-ın məlumatına görə, böyük tirajla nəşr olunmuş “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyasının artıq hərbi hissələrə, orta və ali təhsil məktəblərinə verilməsinə başlanılıb.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan “Müqəddəs zirvə” filminin və “Şəhidim” musiqi kompozisiyası ilk öncə geniş şəkildə əsgərlərə təqdim olunacaq.

Disik təqdimatı ilə bağlı ilk tədbir 26 iyun Silahlı Qüvvələr günü münasibətilə ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə keçiriləcək. Mərasimdə millət vəkilləri, Qarabağ Müharibəsi Veteranlar Şurasının nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak edəcəklər.

Qeyd edək ki, “Müqəddəs zirvə” filmi Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolundan bəhs edir. Sözləri millət vəkili Qənirə Paşayevaya, müsiqisi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevaya məxsus olan “Şəhidim” musiqi kompozisiyası isə Milli Qəhrəman Mübariz İbrahimovun timsalında, Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarına ithaf olunur.
Bu xəbər oxucular tərəfindən 1381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed