Şrift:
Ərdoğan: “Türkiyə hüquqlarını Egey dənizində də qoruyacaq”
13.02.2018 [14:12] - Xəbərlər, Siyasət
“Biz Afrində hüququmuzu qoruduğumuz kimi, Egeydə də qoruyacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
“Kipr sahillərində təbii qaz axtarılması və Egey dənizindəki qayalıqlarla da kəmfürsət fəaliyyətlər diqqətimizdən qaçmır. Ölkəmizin cənubunda vəziyyətin gərginləşməsindən sui-istifadə edərək Kipr və Egeydə həddini aşanlara bir daha yanlış hesablar aparmamaları üçün xəbərdarlıq edirik. Cənub sərhədimizdə yanlış hesab aparanların ssenarilərini “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları və çox yaxın zamanda Münbiç və başqa bölgələrdə atacağımız addımlarla pozduğumuz kimi, onların da planlarını pozarıq”, - o vurğulayıb
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed