Şrift:
Misir Universitetində Azərbaycan dili tədris olunur
14.02.2018 [11:12] - Diaspor
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu ölkənin Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycan dilini tələbələrə tədris birliyinin sədr müavini Sədaqət Səmədova tədris edir. Universitetin 2-ci və 3-cü kurslarında keçilən Azərbaycan dili dərslərində 350 nəfərdən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün diaspor təşkilatından əlavə kursların təşkilini xahiş ediblər. Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələrə əlavə kursların təşkil olunacağını qeyd edib.

Hazırda Qahirədə diaspor mərkəzində gənclərə Azərbaycan dilinin tədrisi ilə yanaşı, tələbələrə ölkəmizin tarixi, mədəniyyəti və həqiqətləri barədə də məlumat verilir.

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi ilə birgə fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed