Şrift:
Güney Azərbaycanın Marağa şəhərində milli-mədəni fəallar tərəfindən CD-lər yayılıb
25.06.2012 [11:24] - Güney Azərbaycan xəbərləri
Azərbaycan Milli Hərəkat fəalları maarifləndirmə uğrunda dinc fəaliyyətlərini davam etdirməkdədirlər.Məlumata görə, Güney Azərbaycanın Marağa şəhərində genişmiqyasda CD-lər yayılıb. “Millətçi” adlı CD-lər Milli Hərəkat Fəalları tərəfindən düzənlənib və gecə vaxtı yayılıb.
CD-lərdə Urmu Gölü böhranı, Dağlıq Qarabağın işğalı, Milli Qiyam (2006-ci il may hadisələri , 1385-ci il xordad hadisələri) və şəhidlər və Milli Hərəkatın digər məsələləri mövzularına işarə olunub.CD-lər müxtəlif evlər, həyətlər və xanhamamı meydanında genişmiqyasda yayılıb.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed