Şrift:
Dağıstanda itlər uşağı parçalayaraq öldürüb
17.02.2018 [10:37] - Dərbənd
Rusiyanın Dağıstan Respublikasının Səməndər qəsəbəsinin Sulakskaya küçəsində hüquq-mühafizə orqanları 4 yaşlı uşağın parçalanmış halda cəsədini aşkar etdikdən sonra araşdırmaya başlayıblar.

Bu barədə Dağıstanın İstintaq Komitəsinin saytı xəbər verib.

Fevralın 15-də uşaq qısa müddətə nəzarətsiz qalıb, evin qapısından çıxıb və itkin düşüb. Valideynləri bir neçə saat onu axtardıqdan sonra polisə müraciət ediblər.

"Təxminən, 23:30 radələrində uşaq bədəni parçalanmış halda evdən 800 metr aralıda tapılıb. Uşağın ölümü itlərin hücumları və onu parçalaması nəticəsində ola bilər", - qurumun məlumatında deyilir.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar.
Bu xəbər oxucular tərəfindən 6491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed