Şrift:
Nasir Xülusi azadlığa buraxılıb
17.02.2018 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal mühəndis Nasir Xülusi 4 ay həbsdən sonra azadlığa buraxılıb.



O fevralın 15-də Təbrizin Mərkəzi Zindanından azad edilib.



Azərbaycanlı fəal 2017-ci il oktyabrın 30-da 6 aylıq həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə atası evində yaxalanaraq zindana aparılmışdır.



N.Xülusi 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.



Azərbaycanlı fəal sistemin əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə günahlandırılıb. O irəli sürülən ittihamları rədd edir.



Fəal 2017-ci il yanvarın 23-də Təbrizdən Urmiyəyə gedərkən saxlanılıb. O Təbriz İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təknəfərlik kamerasında 21 gün saxlandıqdan sonra fevralın 13-də Təbriz zindanının karantin bölümünə intiqal edilib, bir müddət sonra isə 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.



N.Xülusi Təbriz şəhərində yaşayır, o inşaat mühəndisidir.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed